AZ

Türkiyədən vacib açıqlama: “Bu qərarı Suriya hökuməti və xalqı verməlidir”

“Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı vəziyyəti düzgün həll etmək lazımdır. Bu, zamanla baş verəcək”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Şark” telekanalına müsahibəsində deyib.

Fidan bildirib ki, Rusiyanın hərbi bazalarının taleyi ilə bağlı qərarı Suriya hökuməti və xalqı verməlidir.

“Hazırda bu məsələ üzərində iş gedir. Düşünürəm ki, zaman keçdikcə bu vəziyyət öz həllini tapacaq”, – Fidan vurğulayıb.

Xatırladaq ki, daha öncə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Suriyadakı hərbi bazalara müvəqqəti olaraq humanitar mərkəz rolu verilə bilər. Eyni zamanda Moskva ölkələr arasında münasibətlərin bütün aspektləri üzrə konstruktiv dialoqa açıqdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
30
4
konkret.az

4Mənbələr