PGMOL polisin tanınmış hakim Maykl Oliverin təhdid və təhqirləri ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.
“Vulverhempton – Arsenal matçından sonra Maykl Oliverə yönəlik təhdid və təhqirlərə görə qəzəblənirik. Son 24 saat ərzində Maykl və ailəsinə qarşı yönəlmiş iyrənc hücumlar bir yana dursun, heç kim heç bir zorakılığa məruz qalmamalıdır. Polisin bundan xəbəri var və artıq bir sıra araşdırmalara başlanılıb. Biz Maykl və təsirlənənlərin hamısının yanındayıq. Bu qəbuledilməz davranışla mübarizə aparmağa sadiqik”, – deyə bəyanatda qeyd olunub.
Oliver 43-cü dəqiqədə “topçular”ın futbolçusu Mils Lyuis-Skellini qırmızı vərəqə ilə cəzalandırıb. O, bundan sonra təhdidlər almağa başlayıb. Bu qərardan sonra PGMOL-un keçmiş rəhbəri Keyt Hakett hakimin səhv etdiyini deyib və hətta onun cəzalandırılmasını istəyib.