Saçların vaxtından əvvəl ağarmasının səbəbi nədir?
“Gənclərdə ağ saçlar anemiya, stress və ya genetik meyl səbəbindən çıxa bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə həkim-terapevt Tatyana Fedotova “Veçernyaya Moskva” ilə söhbətində danışıb.
Həkimin fikrincə, ilk mümkün səbəb bədəndəki qida maddələrinin balanssızlığı və anemiyadır:
“Bundan əlavə, stress səbəbindən vaxtından əvvəl saçlarınız ağara bilər. Yadda saxlamaq lazımdır ki, təkcə emosional vəziyyət deyil, həm də fiziki aktivliyin artması, yuxu rejiminə və qidalanma qaydalarına əməl edilməməsi orqanizmdə stress yaradır”.
Nəhayət həkim hesab edir ki, ağ saçlar genetik meyl səbəbindən erkən çıxa bilər: