Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarovu saxlayıb.
Sfera.az Kult.az-a istinadən xəbər verir ki, saxlanılan Anar Niftəliyev RG təxəllüslü məşhur reperdir.
Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.