AZ

"Ramco CJSC" işçi axtarır - MAAŞ 2200-2500 MANAT - VAKANSİYA

Ramco CJSC

Smeta mühəndisi

Son tarix 27 fev 2025 - [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil(İnşaat və əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus və ingilis arzu olunandır;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli;
  • AutoCAD-dan yüksək səviyyədə istifadə etmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Smeta və iş həcmlərinin müəyyən edilməsi üzrə işlər:
  • Tikinti quraşdırma və təmir işləri üzrə smetaları tərtib edir;
  • Qiymətlərin və ya həcmlərin dəyişməsi halında smetada müvafiq dəyişikliklər edir;
  • Layihə təşkilatları tərəfindən tərtib edilmiş smetaların düzgünlüyünü yoxlayır və rəy hazırlayır;
  • Podrat və subpodratçıların cəlb edilməsi üçün sahədən təqdim edilmiş tələbnamə əsasında materiallar və ya işçiliyin sepsifakasiyası, sayı və texniki xarakteristikası təsdiqlənmiş smeta əsasında yoxlayır və Texniki Direktor tərəfindən təsdiq olunduqdan sonra podrat və ya supbodratçılardan təkliflərin alınması üçün müvafiq departamentlərə yönəldir;
  • Əlavə işlər üzrə smetaları hazırlayır və təsdiq üçün Texniki Direktora təqdim edir;
  • Smeta sənədlərinin qeydiyyatını aparır, şablon smataların hazırlanması məqsədi ilə təkrarlanan işlər üzrə smeta hesablamalarını sistemləşdirir.

Araşdırma və sistemləşdirmə:

  • Bütün növ təmir-tikinti işləri üzrə smeta dəyərinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparır, alınan məlumatları sistemləşdirir;
  • İstehsalatın effektivliyinin artırılması və tikinti quraşdırma işlərinin maya dəyərinin azaldılması ilə bağlı təkliflər verir;
  • Smetların tərtibi üçün bazar qiymətlərini analız edilərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərinin müəyyən edir.

Sənədləşmə:

  • Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanmasında iştirak edir;
  • Görülmiş işlər üzrə aktların tərtib edilməsində iştirak edir;
  • Görülən işlərin smeta dəyəri ilə bağlı arayışlar hazırlayır.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2200-2500 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30.
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28/30 (21 saylı məktəbin yaxınlığında).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Smeta mühəndisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Seçilən
34
7
fed.az

10Mənbələr