AZ

Bakı-Qazax yolunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bu barədə "Cebheinfo.az"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona "Saxla" işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.

"Cebheinfo.az"

Seçilən
13
26
cebheinfo.az

10Mənbələr