Serbiya Prezidenti Aleksandar Vuçic, davam edən tələbə etirazları fonunda hökumətin təcili yenilənməsini elan edib.
APA xəbər verir ki, dövlət başçısının bildirdiyinə görə, nazirlərin yarıdan çoxu vəzifədən gedəcək.
“Bu çətin siyasi dönəmdə kimin döyüşməyə hazır, kimin hazır olmadığı, kimin işləməyə hazır, kimin hazır olmadığı bəlli oldu. Və buna uyğun olaraq, hökumətin çox təcili restrukturizasiyası zamanı hazırkı nazir heyətinin 50%-dən çoxunun dəyişdiriləcəyini gözləyirəm. Ölkə fəaliyyət göstərməlidir və hökumət üçün həyatı təşkil etməkdən, həyat səviyyəsini yüksəltməkdən vacib vəzifə yoxdur”, - Vuçiç qeyd edib.