AZ

Qətər əmiri Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycanın Yaxın Şərq ölkəsindəki səfiri Adış Məmmədovun etimadnaməsini qəbul edib.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, bu barədə Əmirlik Divanı məlumat yayıb.

“Həzrətləri <…> Azərbaycan Respublikasının səfiri cənab Adış Məmmədovun etimadnaməsini qəbul edib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Çexiyadakı səfiir Adış Məmmədovu geri çağıraraq ölkənin Qətərdəki səfiri təyin etmişdi.

Seçilən
3
4
olke.az

10Mənbələr