Çinin ən böyük neft emalı zavodu olan “Sinopec”ə məxsus bu ölkənin cənub-qərbində yerləşən “Fuling” şist qaz yatağında bu il 15 yeni quyu istismara verilib. Bu, gündəlik qaz hasilatını 600 min kubmetr artırıb.
Bu quyuların əlavə edilməsi ilə “Fulinq” qaz yatağından hazırda gündəlik 25 milyon kubmetrdən çox şist qazı hasil edilir ki, bu da təxminən 50 milyon ev təsərrüfatının enerji ehtiyacını ödəməyə kifayət edir.
“Fuling” qaz yatağı 1 trilyon kubmetrdən çox sübut edilmiş şist qazı ehtiyatlarına malikdir. 2024-cü ildə onun illik hasilatı 8,5 milyard kubmetri ötüb.
Xatırladaq ki, Çinin 2014-cü ildə kommersiya inkişafına daxil olan ilk irimiqyaslı şist qaz yatağı kimi “Fuling” qaz yatağı ölkənin Yantszı çayı İqtisadi qurşağı boyunca yerləşən 70-dən çox şəhər üçün təmiz enerji mənbəyinə çevrilib.
Nubar Süleymanova, “İki sahil”