AZ

Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən GÜNDƏM OLDU - "Məni hələ 5 yaşımda..."

Çimnazın ölümündən əvvəl verdiyi açıqlama yenidən GÜNDƏM OLDU - "Məni hələ 5 yaşımda..."Mərhum aktrisa Çimnaz Sultanova ölümündən əvvəl iştirak etdiyi verilişdə şəxsi həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.

Sonxeber.az bizimshow-ya istinadən xəbər verir ki, o, yoldaşının azərbaycanlı olduğunu və Almaniyada professor kimi fəaliyyət göstərdiyini qeyd edib. Aktrisa bildirib ki, yoldaşı ilə rəsmi şəkildə ayrılıblar:

"Yoldaşım uşağın atasıdır, o, Almaniyada fizika, yer üzü və kosmik elmlərlə məşğuldur. Biz artıq rəsmi olaraq ayrılmışıq."

Çimnaz Sultanova, həmçinin yoldaşını uşaqlığından tanıdığını vurğulayıb: "Onun qardaşı atamın yaxın dostu olub. Məni hələ 5 yaşımda tanıyırdı."

Aktrisa ailə həyatı ilə bağlı detalları paylaşarkən öz hisslərini və keçmiş xatirələrini auditoriya ilə bölüşüb. Onun bu səmimi açıqlamaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Seçilən
7
10
sonxeber.az

10Mənbələr