AZ

Osman Gündüz: Ölkənin ən iri bankı problemi həll edə bilmir

“Ölkənin ən böyük bankı 5 saatdır problemini həll edə bilmir. Şübhələnmək üçün əsaslar var ki, Birbank problemi məhz ötən ilin sonunda elan olunan rebrendinqlə bağlı olub”.

Tribunainfo.az xəbər verir ki, bunu ekspert Osman Gündüz bildirib.
O xatırladıb ki, ötən ilin sonu Kapital Bank rəhbərliyi 2025-il, yanvarın 15-dən Kapital Bank brendinin Birbank brendinə keçəcəyini bildirmişdi. “Bir neçə gün olardı ki bu, reallaşmışdı. Və birdən birə Birbank çökdü. İndiyədək Birbank -ın, Kapital Bankın belə uzunmüddətli çöküşü olmayıb”.
Gündüz qeyd edib ki, rebrendinq təkcə ad dəyişikliyi deyil. “Düşünmək olar ki, rebrendinqdə Kapital Bank sistemlərinin Birbanka inteqrasiyasında, miqrasiya proseslərində məlumat bazalarında problemlər olub. Güman ki, aparılan zəruri olan update-yenilınmələrdən, tətbiq yenilənmələrindən sonra problemlər, məlumat bazalarında qüsurlar, texniki çatışmazlıqlar və s olub. Aparılan testlər də yetərli olmayıb və bunları aşkar etmək mümkün olmayıb”.
Ekspertin sözlərinə görə, ötən ilin sonu baş tutan rebrendinqlə bu günkü Birbank çöküşü arasında böyük ehtimalla bağlantı var. “İkinci ən böyük ehtimal odur ki, Kapital Bank sistemlərinə qarşı yönəlmiş DDoS hücumlar və ya digər kiber hücumlar olub. İstənilən halda, ötən ilin yekununda təxminən 200 milyon gəlir götürən, ölkənin ən böyük bankı statusu olan bir bankın 5 saat müddətində sistemini bərba edə bilməməsi çox düşündürücüdür. Dəymiş ziyan güman ki, yüz minlərlə ölçülə bilər. Belə bir hal heç bir standartlara sığmır. Ümid edirəm Mərkəzi Bank da fərqindədir baş verənlərin”.
O vurğulayıb ki, problemin həlli üzərində Kapital Bankın uzun müddət işləməsinə baxmayaraq bərpanın uzanması göstərir ki, problem çox ciddidir. “Normal bir açıqlama olmadığı halda bu tip vəziyyət isə müştəri inamını sarsıda bilər. Belə uzunmüddətli dayanma banka etibarı sarsıda bilər, belə veziyyet bankın beynəlxalq nüfuzu, reputasiyası üçün ciddi risklər yaradır. Ümid edirəm bank tez bir zamanda ağlabatan bir açıqlama verəcək və problemi də aradan qaldıracaq”.

Seçilən
5
4
tribunainfo.az

10Mənbələr