Ukraynanın müdafiə naziri Rüstəm Umerova qarşı cinayət işi açılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” (AKM) ictimai təşkilatı məlumat yayıb.
Cinayət işi Ukrayna Milli Antikorrupsiya Bürosu tərəfindən qeydə alınıb.
Bildirilib ki, nazir Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “Vəzifə səlahiyyətlərindən səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə ittiham olunur.
Mənbənin sözlərinə görə, Umerov qeyri-qanuni olaraq müdafiə satınalmaları agentliyinin direktoru Marina Bezrukova ilə müqaviləni yeniləməkdən imtina edib, həmçinin müşahidə şurasının iki üzvünü işdən çıxarıb.