AZ

Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.

 

“Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib.

 

Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb”, - məlumatda qeyd edilib.

Seçilən
15
50
senzor.az

10Mənbələr