AZ

Azərbaycan və Sloveniyanın NATO-dakı nümayəndələri enerji təhlükəsizliyini müzakirə ediblər

Azərbaycan və Sloveniya nümayəndələri enerji təhlükəsizliyi və əməkdaşlığı müzakirə ediblər. 

Musavat.com xəbər verir ki, Azərbaycanın NATO yanındakı daimi nümayəndəsi Cəfər Hüseynzadə, Sloveniya nümayəndəsi Andrey Benedeyçiç ilə keçirdiyi görüşdə ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərinə toxunub.

Diplomat bu barədə öz rəsmi sosial media hesabında məlumat paylaşıb.

“Sloveniyanın NATO-dakı daimi nümayəndəsi, Ekselans səfir Andrey Benedeyçiç ilə səmərəli görüş keçirməkdən və aktual mövzularda geniş fikir mübadiləsi aparmaqdan məmnun oldum,” – deyə Hüseynzadə bildirib.

Görüşdə "Sülh naminə Tərəfdaşlıq" (SnT) Proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və Azərbaycanın NATO-nun müttəfiqləri ilə tərəfdaşlarına enerji təhlükəsizliyi sahəsindəki töhfələri xüsusi vurğulanıb.

Həmçinin Sloveniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr və regiondakı mövcud vəziyyətlər barədə ətraflı müzakirə aparıldığı qeyd olunub.

Bu görüş iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsi və NATO ilə münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 

 

Musavat.com

Screenshot_2.png

Seçilən
9
4
paytaxt.org

10Mənbələr