ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yarımkeçiricilər və əczaçılıq məhsulları idxalına rüsumlar tətbiq edəcək...
Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.
Mayami yaxınlığında respublikaçı konqresmenlər qarşısında çıxış edən Tramp qeyd edib ki, yaxın gələcəkdə hakimiyyət bu kritik malların istehsalını ABŞ-a qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çipləri, yarımkeçiricilər və əczaçılıq məhsullarına tariflər tətbiq edəcək. O, yarımkeçirici istehsalçılarının ABŞ-i tərk edərək istehsallarının təxminən 98%-nin cəmləşdiyi Tayvana köçdüyünü vurğulayıb.
Tramp bildirib ki, onun administrasiyası tezliklə dərman, polad və bəzi digər sənaye növləri ilə məşğul olacaq.
Poliqon.info