AZ

Avropa İttifaqı Belqrad-Priştina dialoqu üzrə yeni xüsusi nümayəndə təyin edib

Belqrad, 28 yanvar, AZƏRTAC

Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu üzrə yeni xüsusi nümayəndə təyin olunub.

AZƏRTAC xəbər verir ki, bu vəzifəni danimarkalı diplomat Peter Sorensen yerinə yetirəcək.

Aİ-nin yeni xüsusi nümayəndəsi Serbiya və Kosovo arasında münasibətlərin hərtərəfli normallaşmasına töhfə verəcək və xüsusən də bu istiqamətdə müvafiq sazişin həyata keçirilməsi ilə dialoqa vasitəçilik edəcək.

Sorensen Qərbi Balkan regionunda böyük təcrübəyə malikdir, Bosniya və Herseqovina və Şimali Makedoniyada Aİ-nin müxtəlif vəzifələrində çalışıb. O, fevralın 1-də vəzifəsinin icrasına başlayacaq və ilkin səlahiyyət müddəti 13 ay olacaq.

Qeyd edək ki, Serbiya ilə Kosovo hazırda Aİ-nin Belqrad-Priştina dialoqu çərçivəsində normallaşma prosesini inkişaf etdirməyin yollarını axtarır. İki ölkə, həmçinin ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənən və Fransa-Almaniya Planı kimi tanınan konsepsiya üzrə danışıqlar aparır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
7
33
azertag.az

10Mənbələr