Müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) istehsaldan çıxarılması, buraxılışına son qoyulması, satışının dayandırılması barədə müəssisələrin rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr vermək və yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin tələblərin yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yanğın təhlükəsizliyi haqqında” qanunda əksini tapıb.