AZ

Netanyahu gələn həftə Trampla görüşə bilər

İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşə bilər.

Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, rəsmilər Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffun bu həftə Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə səfəri zamanı təfərrüatların dəqiqləşdirilə biləcəyini bildiriblər.

Səfər bu müddət ərzində baş tutarsa, Netanyahu keçən həftə vəzifəyə gəldikdən sonra Trampla Ağ Evdə görüşən ilk xarici lider ola bilər.

Netanyahunun sözçüsü Ömər Dostri Netanyahunun Ağ Evə fevralda gələcəyinin gözlənilən olduğunu açıqlasa da, konkret tarixi qeyd etməyib.

ABŞ administrasiyası bu məlumatı şərh etməyib. 

Gülşən Şərif

Seçilən
50
42
bakivaxti.az

10Mənbələr