ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu Vaşinqtona Ağ Evə dəvət edib.
OXU24.COM xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Netanyahu və Tramp arasında danışıqların fevralın 4-də Ağ Evdə baş tutacağı gözlənilir.
Beləliklə, Netanyahu inaqurasiyadan sonra Trampla danışıqlar aparan ilk xarici lider olacaq.
Xatırladaq ki, Netanyahu bundan əvvəl Donald Tramp və Co Baydenə Qəzza zolağı ilə bağlı sazişin bağlanmasında göstərdikləri köməyə görə təşəkkür etmişdi.