AZ

İlon Mask Nobel Sülh Mükafatına namizəd oldu

Amerikalı iş adamı İlon Maskın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə sloveniyalı deputat Branko Qrims "X" sosial şəbəkəsində məlumat verib.

Deputat həmçinin Nobel İnstitutunun Maskın namizədlər siyahısına daxil edilməsinə dair təsdiqini dərc edib.

Qeyd olunur ki, Mask söz azadlığının və insan haqlarının qorunmasına xidmətlərinə görə mükafata namizəd göstərilib.

Mənbə Muskın mükafata layiq görülməsi üçün nələr etdiyinə dair konkret nümunələr təqdim etməyib.


Müəllif: Arzu
Seçilən
10
50
teleqraf.com

10Mənbələr