Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə VaşinqtondaABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Trend “AssociatedPress” agentliyinə istinadən xəbər verir ki, ABŞ rəsmiləri bugörüşün təfərrüatlarının Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffunbu həftə İsrailə səfəri zamanı müəyyənləşdirilə biləcəyinibildiriblər.
Əgər səfər baş tutarsa, Netanyahu Ağ Evdə Tramp ilə görüşən ilkxarici lider ola bilər. Qeyd edək ki, Tramp keçən həftə ABŞPrezidentliyi vəzifəsinin icrasına başlayıb.
Hələlik ABŞ administrasiyası bu məlumatı şərh etməyib.Netanyahunun sözçüsü Ömər Dostri yanvarın 27-də X sosialplatformasında bildirib ki, İsrail lideri hələ də Ağ Evdən rəsmidəvət almayıb.
Bununla belə, adının açıqlanmasını istəməyən İsrail rəsmisifevral ayında Netanyahunun Ağ Evə səfər edəcəyini ehtimal etsə də,konkret tarix açıqlamayıb.
Bu arada, Stiv Vitkoff İsrail və HƏMAS arasında atəşkəsrazılaşmasının həyata keçirilməsinə dəstək vermək üçün yanvarın29-da İsrailə səfər edəcəyini bəyan edib. Hazırda atəşkəsin birincimərhələsi davam etdirilir.