Tədqiqatlar göstərir ki, işlənmiş ətlər (məsələn, sosis və basdırma) demensiya riskini artıra bilər.
Harvard Universitetindən Dr. Daniel Hang bu cür ətlərin həddindən artıq istehlakının demensiya inkişafını sürətləndirə biləcəyinə diqqət çəkib
. İstifadə olunan nitritlər və doymuş yağlar beyin sağlamlığını mənfi təsir edə bilər. Bunun yerinə, işlənməmiş qırmızı ət və ya balıq seçilməsi daha sağlam qidadır.
Sağlam səhər yeməyi üçün tövsiyələr:
Bol zülallı qidalar: Yumurta, az duzlu pendir, qatıq.
Tam taxıllı karbohidratlar: Tam buğda çörəyi, yulaf əzməsi.
Tərəvəz və yaşıl bitkilər: Pomidor, xiyar.
Sağlam yağlar: Qoz, zeytun yağı, avokado.
Təbii şəkər mənbələri: Meyvələr (banan, alma, portağal).
Şəkərsiz içkilər: Yaşıl çay, bitki çayı.
Nümunə səhər yeməyi menyusu:
1 qaynadılmış yumurta
1 dilim tam buğda çörəyi
1 dilim ağ pendir
Zeytun, pomidor, xiyar
1 ovuc qoz və ya badam
Şəkərsiz bitki çayı.