“Kaşaqan” neftini daşıyan Qazaxstana məxsus “Taraz” tankeri Aktau limanından Bakı istiqamətində yola çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “KazMunayQaz” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bundan sonra neft Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə qədər nəql ediləcək.