Bakı. Trend:
Venesuela prezidenti Nikolas Maduro, ABŞ prezidenti DonaldTrampın hakimiyyətə gəlməsinin Venesuela ilə münasibətlərinyaxşılaşmasına səbəb ola biləcəyini bildirib.
Trend-inməlumatına görə, Maduro bu fikri bazar ertəsi braziliyalı jurnalistBreno Altmana verdiyi müsahibəsində söyləyib. O, Trampınhakimiyyətə gəlməsinin Venesuela üçün yeni qarşılıqlı faydalımünasibətlərə qapı açdığını vurğulayıb.
Maduro beynəlxalq münasibətlərdə qarşıya çıxan “turbulentlik vəproblemləri” qeyd edərək, dünyanın artıq "çoxqütblü və çoxmərkəzli"olduğunu bildirib.
Eyni zamanda, Venesuela lideri Trampın sülh, müharibələrin sonaçatdırılması və problemlərin diplomatik yollarla həlli ilə bağlıtəkliflərinin həyata keçməsini arzuladığını ifadə edib.