Bakı. Trend:
Gəncədə avtobus parkının layihələndirilməsi işləri həyatakeçiriləcək.
Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı "BakuBus" MəhdudMəsuliyyətli Cəmiyyətində (MMC) müvafiq işlərə yekun vurulub.
Belə ki, MMC sözügedən işlərin icrasını Fövqəladə HallarNazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib vəmüqavilə bağlayıb.
Müqaviləyə əsasən, instituta 239,8 min manat ödənilib.
Qeyd edək ki, Gəncə şəhərində ictimai nəqliyyatın tamamiləyenilənməsi planlaşdırılır. Bunun üçün zəruri vəsait ayrılıb.Şəhərdə avtobusların və qarajların yenidən qurulmasının təminedilməsi nəzərdə tutulur.