Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirəcək.
Publika.az xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.
O bildirib ki, Danimarka Qrenlandiya, Şimal Buzlu okeanı və Şimali Atlantikanın müdafiəsinə 14,6 milyard kron və ya təxminən 2 milyard avro sərmayə qoyacaq.
Vəsaitlə üç yeni Arktika döyüş gəmisi və iki uzaqmənzilli pilotsuz təyyarə də alınacaq.