“Lada Niva”nın “Swamgan” adlı unikal prototipi Avstraliyada satışa çıxarılıb.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil 1996-cı ildə “AvtoVAZ”ın yerli distribyutoru tərəfindən hazırlanıb.
Bildirilir ki, “Niva” yalnız sərgilər və reklam tədbirlərinin tanıtımı üçün nəzərdə tutulmuşdu.
Avtomobil 17 düymlük yüngül lehimli disklər, həcmli bamperlər, geniş təkər tağları, qapı eşikləri və dam spoyleri ilə təchiz olunub.
Salonda dəri oturacaqlar, idman sükanı, radio və kondisioner var.
“Lada Niva” “Swagman SUV” 113 at gücünə malik 1,7 litrlik benzin mühərriklə təchiz olunub. Bundan əlavə, avtomobildə katalizator və asma sistemləri dəyişdirilib.
Qeyd edək ki, avtomobilin qiyməti 8500 Avstraliya dollarıdır (bu günkü məzənnə ilə təx. 9500 manat).
Namiq Musayev