Meksika Donald Trampın prezidentliyinin ilk həftəsində ABŞ-dan deportasiya edilmiş 4000-dən çox miqrantı qəbul edib, deportasiyalarda kəskin artım müşahidə olunmayıb. Bunu gündəlik mətbuat konfransında Meksika lideri Klaudiya Şeynbaum deyib.
“Yanvarın 20-dən 26-na kimi 4094 nəfər qəbul edilib ki, onların da böyük əksəriyyəti meksikalıdır”, - Şeynbaum bildirib. Onun sözlərinə görə, miqrantlar başqa şeylərlə yanaşı, Mexiko hava limanına enən dörd mülki təyyarə ilə ölkəyə gətirilib.
" İndiyədək deportasiyaların sayında ciddi artım olmayıb, prezident Trampın vəzifəyə gəlişindən sonra bir neçə gün ərzində azalma qeydə alınıb. Bir həftə ərzində götürsək, bu, ölkəmizin gördüyü rəqəmlərdir ”, - Şeynbaum əlavə edib.
Oxuməni.az