ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 29-a çatıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatında bildirilib.
Məlumata görə, Palisades yanğınında 12, İton yanğınında 17 nəfər həyatını itirib.
Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə İdarəsindən verilən açıqlamaya görə, Palisades yanğının 95 faizi, İton yanğının isə 99 faizi söndürülüb.