28 fevral 2025-ci il tarixdə "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, "Səba" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. "Səba" ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;
2. "Səba" ASC-nin yeni redaksiyada Nizamnaməsi barədə;
3. "Səba" ASC-nin təsisçiliyi və onun təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması haqqında.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında (Qlobus Plaza BM, 2-ci mərtəbə) keçiriləcək.