AZ

Azərbaycan səfiri və Rusiya XİN müavini AZAL-ın təyyarə qəzasını müzakirə ediblər

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Qazaxıstanın Aktau şəhərinin yaxınlığındakı təyyarə qəzasını müzakirə ediblər.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında bildirilir.

Qeyd olunur ki, görüş zamanı xidməti araşdırmanın yekunlaşdırılması və nəticələrinin ictimaiyyətə çatdırılmasının zəruriliyi vurğulanıb.

\"Azərbaycan Hava Yolları\"na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb\", - nazirlikdən bildirilib.
Seçilən
11
4
azxeber.com

10Mənbələr