AZ

Azərbaycan ötən il gübrə ixracından 127 milyon dollar - QAZANC GÖTÜRÜB

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan dəyəri 127 milyon 17 min dollar həcmində 571 min 523 ton  gübrə ixrac edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gübrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 milyon 214 min dollar və ya 51,6% artıb, miqdar ifadəsində isə 204 min 13 ton, başqa sözlə, 55,5% artım müşahidə olunub.

Xatırladaq ki, 2023-cü il ərzində isə Azərbaycandan 83 milyon 802 min dollar dəyərində 367 min 509 ton  gübrə ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-dekabr aylarında ixrac edilən  gübrənin 1 kiloqramının orta ixrac dəyəri 38 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 39 qəpik idi. Bu da illik müqayisədə 2 qəpik və ya 2,5% azalma deməkdir.

Seçilən
4
fed.az

1Mənbələr