AZ

Bütün səbəblərdən ölüm riskini 31 faiz azaltmağın sadə üsulu açıqlandı

Həftədə cəmi 150 dəqiqə mülayim fiziki hərəkətlər bütün səbəblərdən erkən ölüm riskini 31% azalda bilər...

Bu barədə Kanadanın Qərbi Ontario Universitetinin alimləri açıqlama veriblər. Onların tədqiqatlarının nəticələrini nüfuzlu CMAJ jurnalında dərc edilib.

Alimlərin məlumatına görə, müntəzəm fiziki aktivlik yaşlı insanlarda təkcə koqnitiv funksiyaları və psixi sağlamlığı yaxşılaşdırmır, həm də 2-ci tip diabet, ürək-damar xəstəlikləri, osteoporoz, depressiya və xərçəng daxil olmaqla 30-dan çox xroniki xəstəliyin qarşısını almağa və ya təsirlərini azaltmağa kömək edir.

Tədqiqatçılar vurğulayırlar ki, məhdud hərəkətliliyi olan yaşlı insanlar məşq proqramına əzələləri gücləndirmək üçün ağırlıq məşqləri daxil etməklə fiziki yükü tədricən artırmalıdırlar.(Oxu.az)

Poliqon.info

Seçilən
2
28
poliqon.info

10Mənbələr