Azərbaycanda TİKTOK ƏMƏLİYYATI: saxlanılan var
Naxçıvanda polis sosial şəbəkələrdə dələduzluq edən şəxsi saxlayıb.
Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində "TikTok" və “Instaqram” sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.
Araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17 000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir./
T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102" Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər./lent