Çilidə tutumundan çox sərnişin daşıyan turist gəmisi batıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Osorno əyalətindəki Bahia Mansa körfəzində baş verib.
Gəmi həddindən artıq sıxlıq və mühərrik nasazlığı səbəbindən qayalara çırpılıb.
7 nəfərin ölümünə səbəb olan gəmi toqquşmadan sonra batıb. Səlahiyyətlilərin çevik müdaxiləsi ilə 27 sərnişin xilas edilib.
Hadisədən sonra qayığın kapitanı saxlanılıb.