AZ

Aqil Ələsgər İsveçrədə işgüzar görüşlər keçirdi

“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) və Mətbuat Şurasının İdarə heyətlərinin üzvü Aqil Ələsgər İsveçrəyə işgüzar səfər edib.

Yenicag.az xəbər verir ki, Aqil Ələsgər səfər çərçivəsində Zürixdə fəaliyyət göstərən “Post” qəzetinin redaksiyasında olub.

Aqil Ələsgər qəzetin və TİMBİR-in İsveçrə təmsilçisi Ömər Çəlik ilə görüşüb.

Görüşdə türk dünyasının media imkanları haqqında fikir mübadiləsi aparılıb, mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Aqil Ələsgər türk diasporunun Avropadakı səsi olan “Post” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə türk dövlətləri arasında media əlaqələrinin gücləndirilməsinin önəminə diqqət çəkilib.

Qeyd edək ki, A.Ələsgər İsveçrədəki işgüzar təmaslarını davam etdirəcək.

Seçilən
16
34
yenicag.az

10Mənbələr