Amerika prezidenti Donald Tramp Microsoft-un Çinin ByteDance şirkətindən TikTok qısa videolarının yaradılması və baxılması xidmətini almaqda maraqlı olduğunu bildirib.
Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər verir.
Qeyd edildiyi kimi, siyasətçi Ağ Evin mətbuat hovuzunda olan jurnalistlərdən birinin müvafiq sualına müsbət cavab verib.
2024-cü ilin aprelində onun sələfi Co Bayden platformanın Amerika şirkətinin nəzarətinə keçməli olduğunu, əks halda ölkədə fəaliyyətinin qadağan ediləcəyini nəzərdə tutan qanunu imzalamışdı. Dekabrın sonunda Tramp baş verənlərə müdaxilə etdi: o, TikTok qadağasının təxirə salınması üçün Ali Məhkəməyə müraciət etdi və vəzifəyə gəldikdən sonra ABŞ hakimiyyəti ilə sosial şəbəkə arasında mübahisədə vasitəçilik etməyə icazə verilməsini istədi.
Qeyd edək ki, Baydenin yanvarın 19-da verdiyi qərarı ilə ölkədə TikTok-a giriş bloklandı. Xidmət “Apple” mağazasından yoxa çıxdı və proqramın özünə daxil olmaq istəyərkən belə bir elan peyda oldu: “ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib”. Lakin 12 saat sonra sosial şəbəkə Trampın bərpa ediləcəyini vəd etməsindən sonra yenidən işə düşdü. Tezliklə siyasətçi TikTok videoservisi ilə bağlı fərman imzalayıb, sosial şəbəkəyə qadağanı 75 gün təxirə salıb. Sənəddə bildirilir ki, video xidmətin 50 faizi amerikalı investorlara satılarsa, platforma ABŞ-da fəaliyyətini davam etdirə bilər.
//Gülnarə Abasova, Editor.az