Özbəkistanda iki aylıq qızın əli həkim səhvinə görə amputasiya edilib.
İnterpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb. Bildirilir ki, Özbəkistanda iki aylıq qızın əli həkim səhvinə görə kəsilib.
Körpənin atasının dediyinə görə, həkimlər səhv diaqnoz qoyub, yanlış müalicə kursu keçib və nəticədə körpədə qanqren yaranıb.
Həkimlər təcili olaraq əzanın bir hissəsini kəsməli olublar.
Valideynlərdən kəsilmiş əli onlara vermələri istənildikdə, xəstəxana bundan imtina edib ki, zərərçəkən şəxs ekspertizadan keçə bilməsin.
Xuraman Etibarlı
İnterpress.az