AZ

Azərbaycan Kuboku: "Lənkəran" NTD-yə, "Abşeron" "Quba"ya qarşı

Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə start veriləcək.

Bu gün iki qarşılaşma baş tutacaq.

"Operativ Media" xəbər verir ki, 1/8 final mərhələsində "Abşeron"-"Quba", "Lənkəran"-NTD oyunları bu gün , "Sumqayıt"-"Neftçi",  "Gəncə"-"Ordu" oyunları isə sabah keçiriləcəkdir. 28-29 yanvarda oynanılacaq 1/8 final cütlərində püşkə əsasən adları birinci qeyd olunmuş klublar ev sahibi olacaqlar. 1/4 finalda isə "Abşeron"-"Quba" cütünün qalibi "Naxçıvan" ilə, "Gəncə"-"Ordu" cütünün qalibi "Sərhədçi" ilə, "Lənkəran"-NTD cütünün qalibi "Şəki" ilə, "Sumqayıt"-"Neftçi" cütünün qalibi isə "Sabah" ilə qarşılaşacaqdır. Kubokun reqlamentinə, meydanda 2 yerli basketbolçunun olması və bütün görüşlərin nəticələrinin bir oyuna görə təyin olunması daxil edilmişdir.

Qeyd edək ki, 1/8 finaldan fərqli olaraq, 1/4 final, yarımfinal və final oyunları Bakıda baş tutacaqdır

Seçilən
3
5
operativmedia.az

10Mənbələr