AZ

ABŞ-nin hərbi büdcəsi 1 trilyon dollara çatdırılır

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin yeni rəhbəri Rocer Uiker qarşıdakı iki il ərzində ölkənin hərbi büdcəsini 1 trilyon dollardan çox artırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “Breaking Defence” portalına açıqlama verib.

Uiker müdafiə büdcəsini təxminən, 200 milyard dollar artırmağı planlaşdırdığını deyib.

Senator bildirib ki, növbəti iki il ərzində müdafiəyə ildə əlavə 100 milyard dollar ayırmaqda qeyri-mümkün heç nə yoxdur.

ABŞ-nin sabiq prezidenti Cozef Baydenin ölkədə 2025-ci maliyyə ili üçün təsdiq etdiyi hərbi büdcə 895 milyard dollar təşkil edir.

Təşəbbüs uğurlu olarsa, bu məbləğ ABŞ-nin ən son raketdən müdafiə sistemi olan Dəmir Qübbənin inkişafına, o cümlədən Hərbi Hava Qüvvələri üçün gəmiqayırma, sualtı qayıqların və yeni nəsil qırıcıların yaradılmasına dair sərmayələrə yönəldiləcək.

Senatın Silahlı Qüvvələr Komitəsinin yeni rəhbəri hərbi xərcləri artırmaqla yanaşı, hərbi satınalma islahatını tətbiq etməyə hazırlaşır.

Uiker bu yolla "gələcəyin İlan Maskları" üçün imkanlar təqdim etmək niyyətində olduğunu vurğulayıb.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
25
50
teleqraf.com

10Mənbələr