Hindistanın Uttar Pradeş ştatında keçirilən dini festivalda müvəqqəti səhnə uçub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, səhnənin uçması nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb.
Qeyd edək ki, məbədlərdən birinin yaxınlığında bambukdan hazırlanmış platforma quraşdırılıb. Yüzlərlə din xadimi onun üzərinə çıxıb, bundan sonra tikili insanların ağırlığı nəticəsində dağılıb.