AZ

Hindistanda dini bayramda səhnə çöküb, altı nəfər ölüb

Hindistanın Uttar-Pradeş mərkəzi ştatında keçirilən dini bayramda müvəqqəti səhnənin çökməsi nəticəsində 6 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

“Yeni Azərbaycan” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirir ki, bambukdan hazırlanmış platforma məbədlərdən birinin yaxınlığında quraşdırılıb. Yüzlərlə insan platformaya çıxıb və nəticədə konstruksiya çöküb. Hadisə yerində təşviş yaranıb.

Qeyd edilib ki, xəsarət alanlar arasında polis əməkdaşları da var. Yaralılar xəstəxanalara yerləşdirilib.

Havar Şəfiyeva

Seçilən
6
6
yeniazerbaycan.com

10Mənbələr