AZ

Qaregin də ordu ilə bağlı çağırış etdi

Ermənilərin katolikosu II Qaregin Ermənistan ordusu barəsində çıxış edib.

Olaylar.az xəbər verir ki, Qaregin yaydığı bəyanatında "Ermənistanın üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları şəraitində" ordunu daha da gücləndirmək lazım olduğunu deyib.

"Yeni müstəqil dövlətçiliyimizin və xalqımızın hüquqlarının müdafiəsi kimi müqəddəs işdə Ermənistan ordusunun rolu və xidmətləri əvəzsizdir. Bu gün ölkəmizin üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları qarşısında ordumuzu daha da gücləndirmək lazımdır ki, əsgərlərimiz müqəddəs milli müdafiə missiyasını yüksək döyüş qabiliyyəti və sarsılmaz ruhla davam etdirə bilsinlər. Vətənə məhəbbət və qısqanclıq, milli dəyərlərə sədaqət hər zaman əsgərlərin rəşadətli xidmət və şücaətlərinin möhkəm bünövrəsi olub və olacaq", - Qaregin orduya çağırışında bildirib. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr