AZ

İstinaqın əhatə dairəsi genişlənməlidir- ÖZƏL

"Yanvarın 27-də Beynəlxalq Holokost Qurbanlarının Anım Günü qeyd olundu. Holokost Hitler Almaniyasının törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Bəşər tarixinin belə iyrənc vəhşilikləri yalnız Hitler və onun komandası törətməyib. Amma tarixi ədalət o zaman yerini tapıb". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "II Dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşist Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gün də Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar  bəşəriyyət üçün çox yaxşı təcrübədir.
  
Bir zəruri məqamı da qeyd edim ki,  XX əsrdə ermənilər tərəfdən belə qətliamlar Azərbaycan xalqına qarşı törədilib. Həmin qətldə ittiham olunan ermənilərin bir qisminin bu gün Bakı şəhərində məhkəmə prosesi aparılır. Düşünürəm ki, məhkəmə çox ədalətli qərarlar  çıxararaq günahkarlara  layiqli cəzalarını verəcək. Amma bir narahatedici məqam ondan ibarətdir ki, müharibə cinayətləri törədən, yüzlərlə dinc azərbaycanlının qətlinə fərman verən bəzi ermənilər, xüsusilə, keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və digərləri  hələki istintaqa cəlb olunmayıb. Belə vələdüznaların  layiqli cəzalar alması beynəlxalq hüquqa etimadı artırar. Ona görə, istinaqın əhatə dairəsi genişlənməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
50
olaylar.az

10Mənbələr