ABŞ Dövlət Departamentinin xarici maliyyə yardımını dayandırması Ukrayna və Tayvana Amerika silahlarının alınması üçün ayrılan vəsaiti donduracaq...
Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti yazır.
"Yardımın dayandırılması, görünür, Dövlət Departamentinin Tayvana və Ukraynaya Amerika silahlarının alınması üçün ayırdığı vəsaiti donduracaq, baxmayaraq ki, bu ölkələr üçün silahın yeganə mənbəyi deyil", deyə nəşrdə qeyd olunur.
WSJ-nin yazdığına görə, üç aylıq fasilə Amerika məmurlarını və humanitar təşkilatların işçilərini "heyrətə gətirib". Onlar bildiriblər ki, bu il təxminən 60 milyard dollar olan xarici yardımın dayandırılması "həyati əhəmiyyətli proqramlara" ciddi zərər vura bilər.
Bundan əvvəl məlumat yayılıb ki, ABŞ Dövlət Departamentinin digər ölkələrə maliyyə yardımının dayandırılması qərarından sonra Ukrayna üçün istisna etməyib.
Poliqon.info