Sea Breeze

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ASAN İnnovativ İnkişaf Mərkəzi ilə birgə işəgötürənlər üçün təlim təşkil edib.

Xidmətin Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva və Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsinin müdir müavini Günel Baxşiyeva tərəfindən keçirilən təlim “Əmək qanunvericiliyinə dəyişikliklər və ƏMAS” mövzusuna həsr olunub.

Təlimdə işəgötürənlərə əmək qanunvericiliyindəki dəyişikliklərin hüquqi və praktiki aspektləri, ƏMAS platformasının iş prosesinin optimallaşdırması üçün imkan və yeniliklərinin tətbiqi yolları ilə bağlı ətraflı məlumatlar verilib.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.

ETX
ETX
ETX