AZ

Keçmiş ortaqlarla yeni əməkdaşlıq

Azərbaycanın xarici ticarətinin üçdə biri MDB ölkələrinin payına düşür

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanla MDB ölkələri arasında 6 milyard 930 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz çox) dəyərində ticarət əməliyyatları həyata keçirilib. Məlumata görə, hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları respublikanın ümumi ticarət dövriyyəsinin 31,24 faizi qədər olub. 

Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri Rusiya ilə 4 milyard 799 milyon 819 min ABŞ dolları (1 il əvvələ nisbətən 10,1 faiz çox), Ukrayna ilə 459 milyon 619 min dollar (29,9 faiz çox), Belarusla 506 milyon 171 min dollar (41,9 faiz çox), Qazaxıstanla 470 milyon 442 min dollar (49,7 faiz çox), Özbəkistanla 252 milyon 56 min dollar (40,9 faiz çox), Tacikistanla 7 milyon 93 min dollar (15,8 faiz çox) olub. Bir ildə Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 2,73 faiz artaraq 1 milyard 698 milyon 415 min dollara yüksəlib.

Bu dövrdə Azərbaycandan Rusiyaya 1 milyard 178 milyon 347 min ABŞ dolları (illik müqayisədə 1,5 faiz az), Ukraynaya 177 milyon 242 min dollar (49,4 faiz çox), Türkmənistana 80 milyon 242 min dollar (6,8 faiz az), Belarusa 48 milyon 486 min dollar (52,4 faiz çox), Qazaxıstana 133 milyon 116 min dollar (35,1 faiz çox), Özbəkistana 40 milyon 340 min dollar (14,3 faiz az), Qırğızıstana 29 milyon 663 min dollar (50 faiz az), Moldovaya 5 milyon 122 min dollar (50 az), Tacikistana 5 milyon 853 min dollar (17 faiz çox) dəyərində məhsul ixrac edilib.

Ölkənin ümumi ixracında MDB ölkələri 6,40 faiz, o cümlədən Rusiya 4,44 faiz, Ukrayna 0,67 faiz, Türkmənistan 0,30 faiz, Belarus 0,18 faiz, Qazaxıstan 0,50 faiz, Özbəkistan 0,15 faiz, Qırğızıstan 0,11 faiz, Moldova 0,02 faiz, Tacikistan 0,02 faiz paya sahib olub. Ötən il Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 9,7 faiz artaraq 5 milyard 230 milyon 668 min dollara yüksəlib.

Bu dövrdə Azərbaycana Rusiyadan 3 milyard 621 milyon 472 min dollar (14,5 faiz çox), Ukraynadan 282 milyon 377 min dollar (20,09 faiz çox), Belarusdan 457 milyon 685 min dollar (40,9 faiz çox), Özbəkistandan 211 milyon 716 min dollar (60,8 faiz çox), Qırğızıstandan 10 milyon 401 min dollar (84,4 faiz çox), Tacikistandan 1 milyon 240 min dollar (10,4 faiz çox) dəyərində məhsul idxal edib.

Ölkənin ümumi idxalında MDB ölkələri 24,84 faiz, o cümlədən Rusiya 17,20 faiz, Ukrayna 1,34 faiz, Türkmənistan 1,44 faiz, Belarus 2,17 faiz, Qazaxıstan 1,60 faiz, Özbəkistan 1,01 faiz, Qırğızıstan 0,05 faiz, Moldova 0,02 faiz, Tacikistan 0,01 faiz paya sahib olub.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri isə 19,6 milyard ABŞ dolları (2023-cü ildəki göstəricilərlə müqayisədə 5,2 milyard dollar və ya 21,1 faiz az) olub. İl ərzində respublikamızdan Aİ ölkələrinə 16,8 milyard dollar dəyərində ixrac (1 il əvvələ nisbətən 5 milyard dollar və ya 22,9 faiz az), 2,8 milyard dollar dəyərində idxal (illik müqayisədə 219,7 milyon dollar və ya 7,3 faiz az) əməliyyatları həyata keçirilib. Hesabat ilində Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 63,31 faiz, ümumi idxalında payı isə 13,20 faiz olub. 

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya, Xorvatiya, Bolqarıstan və Yunanıstanla qeydə alınıb. Belə ki, 2024-cü il ərzində respublikamızla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11,4 milyard dollar olub. Dövr ərzində Azərbaycandan İtaliyaya 10,9 milyard dollar dəyərində məhsul ixrac edilib. Öz növbəsində İtaliyadan Azərbaycana 515,8 milyon ABŞ dolları dəyərində məhsul gətirilib. Hesabat dövründə İtaliya ilə ticarət əməliyyatları ölkənin ümumi ticarətində 23,92 faiz paya sahib olub. 

Seçilən
5
xalqqazeti.az

1Mənbələr