AZ

"Ebu Zeyd" İstanbulda saxlanıldı

Türkiyənin qəlbi sayılan İstanbulda İŞİD-ə qarşı bu gün növbəti əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla İstanbulda məscidlərin birində mollalıq edən və  "Ebu Zeyd" və "Süleyman Hoca" kod adları ilə tanınan İŞİD terror təşkilatının fəal üzvü başda olmaqla, 52 nəfər qandallanıb.

İstanbul Prokurorluğundan bildirilib ki,"Ebu Zeyd" və ya "Süleyman Hoca" məscidlərdə İŞİD-in xeyrinə təıbliğat aparıb, qondarma terror təşkilatına  fitrə, zəkat və yardım adı altında maliyyə toplatdırıb: "Toplanan pulların biur qismi isə guya məscid daxilində fəaliyyət göstərən insanların təhsil və mədrəsələrin açılmasına sərf edildiyi idida olunub. Lkain araşdırmalarla o pulların Suriyada terror təşkilatı PKK/YPG-nin nəzarətində olan bölgələrdəki İŞİD tərəfdarlarına göndərildiyi məlum olub"

Firudin Səfərli
MİA.AZ

Seçilən
4
2
mia.az

10Mənbələr