AZ

Qadın 20 il qulağında oyuncaq parçası ilə gəzib - FOTO

Rusiyada qeyri-adi hadisə baş verib.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, bir qadın 20 il ərzində qulağında oyuncağın bir parçası ilə gəzib.

Qadının qulağındakı yad cisim Kemerovo vilayətinin Prokopyevsk şəhərindəki xəstəxanada çıxarılıb. Bu barədə regionun səhiyyə naziri Dmitri Beqlov məlumat verib.

“Bir qadın qulağında tıxanma və eşitmənin azalması şikayətləri ilə otorinolarinqoloqa müraciət edib. Məlum olub ki, onun 10 yaşı olanda sol qulağına “Leqo” konstruktorunun bir parçası girib. Pasiyent bu hadisəni valideynlərindən gizlətdiyini və böyük yaşlarda ilk ciddi şikayətlərə qədər LOR həkiminə müraciət etmədiyini bildirib. Həkim- otorinolarinqoloq Pavel Lebedenko otoendoskopiya edib və qulaq kanalından yad cismi çıxarıb. Heç bir ciddi nəticələr olmayıb - xəstənin eşitmə qabiliyyəti dərhal yaxşılaşıb”, - Beqlov qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
50
herbiand.az

10Mənbələr