AZ

Ermənistan niyə sərhəddə xəndəklər qazır? - Açıqlama



Xəbər verdiyimiz kimi, Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazır. Yayılan videolar da bu faktı təsdiq edir. Bu da onu göstərir ki, Ermənistan təxribatçı addımlarından geri çəkilmir və bölgədə vəziyyəti gərginləşdirmək istiqamətində addımlar artmağa davam edir.

Bununla belə, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Vətən müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan öz müdafiə gücünü itirib.

O, Bakupost.az -a bildirib ki tərəflər arasında genişmiqyaslı toqquşmanın olması ehtimalı azdır:


“Azərbaycan və Ermənistan sülh müqaviləsi ilə bağlı razılaşmalar üzərində işləyirlər. Bu baxımdan hər hansı kənar müdaxilə olmayacağı təqdirdə Ermənistan Azərbaycanla hərbi toqquşmanı seçməyəcək".

Ekspertin sözlərinə görə, hazırki vəziyyətdə Ermənistanın Azərbaycanla müharibə aparması qeyri-mümkündür: “Bu gün Ermənistan müxtəlif ölkələr tərəfindən silahlandırılır. Çünki onun silahlı qüvvələri müharibədə ağır şəkildə məğlubiyyətə uğradılıb və gücdən düşüb. Onların toparlanması üçün texniki təminat yardımı edilir. Nə qədər yardımlar olunsa da, mənasızdır. Ermənistan Azərbaycanla hərbi müstəvidə mübarizə aparmaq iqtidarında deyil. Əgər tərəflər arasında hər hansı hərbi toqquşma baş verərsə, bu, Ermənistan üçün fəlakətlə nəticələnə bilər”.

Sevinc,
BakuPost

Seçilən
13
50
bakupost.az

10Mənbələr